Melkonyan: “Azərbaycan elə edəcək ki, Ermənistan öz suverenliyini itirəcək”backend

Melkonyan: “Azərbaycan elə edəcək ki, Ermənistan öz suverenliyini itirəcək”

“Azərbaycan Ermənistanla sülhün bərqərar olması üçün şərtlərini artırmaqda davam edir”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Serqey Melkonyan deyib. O, Ermənistan hakimiyyətinin Azərbaycanın bütün tələblərini ardıcıl şəkildə yerinə yetirdiyini bildirib. Azərbaycan anklavlarının geri qaytarılması perspektivinə toxunan Melkonyan əlavə edib ki, bu, baş verərsə, Ermənistan öz suverenliyini itirə bilər. Çünki Ermənistanın əsas strateji yolları məhz Azərbaycanın eksklav ərazilərindən keçir: “Ermənistanın kommunikasiyaların açılmasına istənilən hazırlığına cavab olaraq Azərbaycan başqa tələb irəli sürür.

İndi Azərbaycan Ermənistan ərazisində azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsini tələb edir. Üstəlik, Bakı təkid edir ki, Naxçıvanı birləşdirən kommunikasiyalarda sərhəd və gömrük nəzarəti olmamalıdır. Bundan sonra da Azərbaycanın yeni şərtləri gözlənilir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*