“Mən ümid edirəm ki…” – Putin “Şaxta baba”ya olan münasibətindən danışdıbackend

“Mən ümid edirəm ki...” - Putin “Şaxta baba”ya olan münasibətindən danışdı

Rusiya prezidenti Vladimir Putin “Şaxta baba” ilə münasibətlərinin hələ də gözəl şəkildə qurulduğunu söyləyib. Putin yeni ilin sehirli simvolunun bütün rusiyalıların və ümumilikdə ölkənin gələcək planlarını reallaşdıracağına ümid etdiyini deyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu fikirləri jurnalistlərə müsahibəsində səsləndirib.

Voloqda vilayətindən olan jurnalist yeni il qəhrəmanının 23 ildir ki, arzusunu yerinə yetirmədiyinə görə, “şaxta baba”ya qarşı iddia qaldıran Sankt-Peterburqlu vəkil haqqında danışıb. Həmçinin prezident Putindən “Şaxta baba” ilə münasibətinin necə olduğunu soruşub:

“Mənim “şaxta baba” ilə münasibətim indiyə qədər gözəl şəkildə qurulub. Mən ona minnətdaram ki, bu gün sizinlə görüşə bilərəm. Ümid edirəm ki, “Şaxta baba” hər birimizi nəinki hədiyyə ilə, həmçinin planlarımızı reallaşdırmaqla müşaiyət edəcək. Və bütün rusiyalıların, həmçinin ölkənin planlarını” – deyə Putin sualı cavablandırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az  

  • Tahir
    Dekabr 23, 2021 - 20:55

    Bütün Rusiya və rus xalqı Putindən mədət umur, Putin də “Şaxta Baba” dan. Bu minvalla gələn il də rusların ötən 21 il ərzində ümidləri necə suya düşübsə yenə elə olacaq… Bəlkə də hələ ondan da betər olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*