Yaxın illərdə Azərbaycanda mənzil qiymətlərinin ucuzlaşıb-ucuzlaşmayacağı cəmiyyətdə geniş müzakirə olunur. Maraqlıdır, yaxın illərdə mənzil qiymətlərinin ucuzlaşması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, yaxın illərdə daşınmaz əmlak bazarında kəskin qiymət dəyişiklikləri gözlənilmir:
“Ümumilikdə mənzil bazarında ciddi bahalaşma ehtimalı azdır. Xüsusilə, ekonom və orta sinif mənzillər üzrə müəyyən artım müşahidə oluna bilər. Bu seqmentdə qiymətlərin təxminən 10–12 faiz artması mümkündür”.
Elnur Azadov əlavə edib ki, bahalı əmlaklar, eləcə də istehsalat və sənaye təyinatlı obyektlər üzrə isə əksinə, ucuzlaşma tendensiyası gözlənilir. Bu da bazarda tələbin azalması və iqtisadi amillərlə əlaqədardır.
Ekspertin fikrincə, yaxın dövrdə daşınmaz əmlak bazarında daha çox stabillik müşahidə olunacaq və kəskin qiymət sıçrayışları baş verməyəcək.
Aynurə İsmayıl
KONKRET.az

