Mənzili təmizləyən qız ev sahibi tərəfindən təcavüzə məruz qalıbbackend

Mənzili təmizləyən qız ev sahibi tərəfindən təcavüzə məruz qalıb

Konkret.az Zakon.kz-yə istinadən xəbər verir ki, Aktobe şəhərində mənzillərin təmizlənməsi ilə məşğul olan 1997-ci il təvəllüdlü yetim qıza (uşaq evinin məzunu) təcavüz edilib.

Belə ki, əsas işi mənzilləri təmizləmək olan qız internet vasitəsilə sifariş qəbul edib və getdiyi mənzilin sahibi tərəfindən zorlanıb. O, səhərə qədər kişinin təzyiqi ilə mənzili tərk edə bilməyib. Bu barədə xəbəri Dina Smailova (Tansari) Facebook səhifəsində paylaşıb:

“Qız mənzili təmizləyib qurtarsa da, evin sahibi vaxtı uzatmağa çalışıb bə bəhanə gətirib ki, üstündə pul yoxdur deyə ona kənardan pul gətiriləcək. 22 yaşlı qız dostuna burada gecikdirildiyi barədə xəbərdarlıq etməyə imkan tapıb. Müştəri guya pul gətirilənə qədər ondan yemək hazırlamağı xahiş edib və bunun üçün də əlavə pul ödəyəcəyinə söz verib. Nəticə isə acınacaqlı olub. Kişi qızın telefonunu söndürməyə macal tapıb. Evdə qıza amansızcasına təcavüz edərək səhərə qədər onu buraxmayıb. Qız şikayət etməyəcəyi barədə söz verdikdən sonra birtəhər kişidən canını qurtara bilib”.

Aktobe Vilayətinin Polis İdarəsi faktla bağlı araşdırmaya başlayıb. İş üzrə bütün zəruri müayinələr aparılıb.

İstintaq davam edir.

Müşfiq Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*