Merilin Monronun evi tarixi abidə elan edilə bilər
676
Los-Anceles Şəhər Şurası məşhur aktrisa Merilin Monronun yaşadığı evin sökülməsi ilə bağlı qərarı ləğv edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ev tarixi-mədəni irsin mühüm hissəsi kimi tanınıb.
Şəhər şurasının üzvləri bildiriblər ki, 1929-cu ildə tikilmiş malikanə rəsmi olaraq tarixi abidə elan edilməlidir.