Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlandıbackend

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlandı

Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb.

KONKRETaz-ın verdiyi xəbərə görə, restoranın söküntü prosesi 3 gün ərzində yekunlaşacaq.

Eyni zamanda Mərkəzi Nəbatat Bağında yerləşən laboratoriya binası, o cümlədən avtomobil qarajı və kafe də sökülüb.

Ümumiyyətlə, indiyə qədər Mərkəzi Nəbatat Bağında qanunsuz fəaliyyət göstərən 10-a qədər tikili sökülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı publik hüquqi şəxslər yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*