Məşhur iş adamı qəza keçirdi – FOTOLARbackend

Məşhur iş adamı qəza keçirdi - FOTOLAR

Dünya şöhrətli iş adamı Riçard Branson ağır qəza keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Virgin”in qurucusu, dünyanın ən zəngin iş adamlarından biri olan Riçard Branson velosiped turu zamanı ağır qəza keçirib.

Qan içində çəkdirdiyi fotolarını paylaşan Branson yolda çuxura düşdüyünü və velosipedlə havaya uçaraq ağır yaralandığını bildirib.

Milyarder bədənində qanaxma və cızıqlar olduğunu deyib.

73 yaşlı britaniyalı iş adamı dəbilqə taxdığı üçün qəzadan minimal zərərlə çıxdığını deyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*