Yunanıstanın məşhur xizəkçisi və alpinisti 36 yaşlı Konstantins Momtsis həlak olub.
KONKRET.az xəbər verir ki, o, Bolqarıstanda xizək sürərkən bir qrup xizəkçi ilə qar uçqunu altında qalıb.
Qeyd edək ki, Yunanıstanın Florina şəhərində yaşayan dünya şöhrətli xizəkçi Bolqarıstanın Markujik şəhərindəki Borovic xizək enişində faciə ilə üzləşib.
150 metr uzunluğunda və 30 metr enində qar uçqunu altında qalan 4 xizəkçidən 3-ü axtarış-xilasetmə qrupları tərəfindən xəstəxanalara aparılıb. Lakin Momtsisin cəsədi saatlardan sonra tapılıb.
Momtsisin qəfil ölümü Yunanıstanda şok effekti yaradıb. Bildirilib ki, onun cənazəsi yaşadığı Florina şəhərinə göndərilib.
Natiq Səlim,
KONKRET.az