“Mətbuatda yayılan bu məlumatlar araşdırılır” – Baş Prokurorbackend

“Mətbuatda yayılan bu məlumatlar araşdırılır” - Baş Prokuror

“Korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür”.

KONKRET.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür:

“Həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən #sualcavab sessiyaları zamanı korrupsiya hüquq pozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtəfərli araşdırmanın aparılması təmin olunur”.

Baş prokuror bildirib ki, korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*