Metro açılmasa, nəqliyyatda gərginlik davam edəcək – Ekspertbackend

Metro açılmasa, nəqliyyatda gərginlik davam edəcək - Ekspert

Metronun açılması artıq qaçılmazdır. Metronun uzun müddət bağlı qalması ictmai nəqliyyatda gərginlik yaradır.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, metro işləmədiyinə görə, şəxsi minik avtomobillərindən, taksilərdən istifadə də maksimum səviyyəyə qalxıb, bu da yollarda tıxacı daha da artırır:

“Metronun işi sərnişin avtobuslarının üzərinə düşüb, ona görə də marşrutlarda sıxlıq yaranıb. Əgər metro fəaliyyətə başlasa, avtobusların da yükü azalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*