Metronun “Həzi Aslanov” stansiyası ilə bağlı XƏBƏRbackend

Metronun "Həzi Aslanov" stansiyası ilə bağlı XƏBƏR

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

KONKRET.AZ xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorun yenidən istismara verilməsi may ayına planlaşdırılır.

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*