“Microsoft” “Office” proqramlarında süni intellektdən istifadə edəcəkbackend

“Microsoft” “Office” proqramlarında süni intellektdən istifadə edəcək

ABŞ-nin texnologiya şirkətlərindən olan “Microsoft”, “Word”, “Excel” və “Outlook” daxil olmaqla Office proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Copilot” adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, “Word”də hekayələr hazırlamaq və “PowerPoint”də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.

“Microsoft 365”in baş meneceri Colette Stallbaumer yeni funksiyaların hazırda yalnız 20 korporativ müştəri üçün əlçatan olduğunu və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*