Mikayıl Cabbarov Güləş Federasiyasına RƏHBƏR GƏLİRbackend

Mikayıl Cabbarov Güləş Federasiyasına RƏHBƏR GƏLİR

Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsindən sonra Azərbaycan idman federasiyalarının bir neçəsində yeni rəhbərlər seçilib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu seçkilərdən birinin də Azərbaycan Güləş Federasiyasında (AGF) olacağı gözlənilir.

Belə ki, 2018-ci ildən boş qalan AGF-nin prezidenti postuna iqtisadiyyat naziri Mikayıl Cabbarovun əsas namizəd olacağı bildirilir.

Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən gedən M.Cabbarovun oradan ayrılmasının səbəbinin də bununla bağlı olduğu qeyd olunur.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Hazırda Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirir. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edir.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının son prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2007-2018-ci illər aralığında federasiyaya rəhbərlik edib. F.Məmmədov 2018-ci ildə öz ərizəsi ilə AGF prezidenti vəzifəsindən istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*