Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.
KONKRET.az-ın xəbərinə görə, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb.
Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.