Mingəçevirdə qazın verilişi dayandırıldıbackend

Mingəçevirdə qazın verilişi dayandırıldı

Mingəçevir şəhərində bir neçə küçədə qazın verilişi dayandırılıb.

KONKRET.az xəbər verir ki, Mingəçevir şəhərində Puşkin, N.Nərimanov, Ə.Vahid, Nizami, H.Əliyev, Ş.İ.Xətai, Nəsimi, Q.Nəbi və A.Məmmədov küçələrinin müyyən hissələrində qazın verilməsində fasilə yaranıb.

Buna səbəb Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Qaçaq Nəbi küçəsində yerləşən qaz kəmərində qaz sızmasının aşkarlanmasıdır.

Görülən işlər başa çatdıqdan sonra qaz təchizatında yaranan fasilə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*