Mişel: “Demarkasiya və delimitasiya məsələsində Azərbaycan və Ermənistana yardım ediləcək”backend

Mişel: "Demarkasiya və delimitasiya məsələsində Azərbaycan və Ermənistana yardım ediləcək"

“Avropa İttifaqı sərhədlərin demarkasiyası və delimitasiyası üzrə Ermənistan və Azərbaycana ekspertlərlə kömək edəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel fikir səsləndirib:

“Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsində ekspert yardımı (məsləhətçilər qrupu) göstərəcək” – deyə Şarl Mişel vurğulayıb.

Hələ noyabrda hökumətin iclasında çıxışı zamanı Paşinyan bildirmişdi ki, Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflər verib və bu təkliflər Ermənistan tərəfi üçün məqbuldur.

Bundan əvvəl Valday Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin əsas məsələnin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti həll etmək olduğunu açıqlamışdı. Putin Rusiyanın iştirakı olmadan heç nə əldə etməyin mümkün olmayacağına diqqət çəkmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*