Mixail Qusman: “11 yanvar bəyanatı bölgədə yeni iqtisadi reallıqlar yaradacaq”backend

Mixail Qusman: "11 yanvar bəyanatı bölgədə yeni iqtisadi reallıqlar yaradacaq"

“11 yanvar görüşü Azərbaycan və Ermənistana biganə qalmaqdan uzaq olan Rusiyanın münaqişənin tam və yekun həllinə olan yüksək marağından bəhs edir. Rusiyanın bu ölkələrlə etibarlı, tərəfdaş münasibətləri var və etibarlı münasibətlər Putini Prezident Əliyev və Baş nazir Paşinyanla da bağlayır. Kremldəki görüşdə müzakirə olunan əsas məsələlər nəqliyyat dəhlizlərinin blokdan çıxarılması, bölgədə yeni iqtisadi reallığın yaradılması idi. Bu, bütün Cənubi Qafqaz bölgəsi tam sülhsevər həyat vəd edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri TASS baş direktorunun birinci müavini Mixail Qusman “Moskva-Baku.ru” portalına müsahibəsində söyləyib.

Qusman müsahibəsində daha sonra deyib: “Bu gün bölgə ölkələrinin gələcəyi düşünməsi və irəliyə baxması lazımdır. Hər şeydən əvvəl bu bölgə xalqının həyatını necə yaxşılaşdıracağınızı, qaçqınların öz evlərinə qayıtmasına necə kömək edəcəyinizi, Azərbaycanın azad edilmiş əraziləri necə bərpa edəcəyini düşünmək gərəkdir. Bunlar, fikrimcə, bu günün əsas suallarıdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*