MN: Düşmənin hərbi texnikası və infrastrukturu məhv edildibackend

MN: Düşmənin hərbi texnikası və infrastrukturu məhv edildi

Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

Bu barədə KONKRET.az  Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Qeyd edək ki, düşmən Ağdam və Ağdərə-Tərtər istiqamətində yeraltı tunellər, beton istehkamlar və uzunmüddətli atəş nöqtələrindən ibarət olan bir neçə pilləli müdafiə xətti qurub. Son günlər Azərbaycanın döyüş aviasiyası bu hədəflərə intensiv zərbələr endirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*