MN-in Mərkəzi Hərbi Hospitalının həyətindəki ağacları kəsdilər – VİDEObackend

MN-in Mərkəzi Hərbi Hospitalının həyətindəki ağacları kəsdilər - VİDEO

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının həyətindəki ağacları kəsiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Qorqud Şahverdiyev adlı istifadəçi sosial şəbəkədə görüntülər paylaşıb.

“Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında yaşıllıqlar hissə-hissə məhv edilir. Keçən yay gördüyümüz yaşıllığı bu ildən sonra daha görməyəcəyik. O ağacların böyüməsi üçün uzun onilliklər tələb olunur. Mənim uşaqlığım da, gəncliyim də burada keçib. Çox heyfslənirəm bu mənzərəyə, çox.
Hospitalda müalicə alan, həyata tutunmağa çalışan xəstələr üçün bu yaşıllıqlar əvəzedilməz motivasiya mənbəyi idi.
Yaşıllıqları məhv etməyi təcili olaraq dayandırın! Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktı araşdırın və cəzasızlıq mühitinə son qoyun” – o, qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*