“Azərbaycan və Rusiya arasında tərəfdaşlıq və müttəfiqlik münasibətləri var. İki ölkə arasında münasibətlərə nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
“Azərbaycanla Rusiya arasında münasibətlər uzun tarixə malikdir və müvafiq sənədlərdə öz əksini tapıb. Bu münasibətlərin tarixi və beynəlxalq hüquqi əsası olduğu üçün iki amil münasibətlərin gələcəyini müəyyənləşdirir. Əlbəttə ki, münasibətlərdə hər şey ola bilər və biz indi bunu yaşayırıq. Biz bilirik ki, rəsmi Bakını nə narahat edir. Çox gözəl başa düşürük ki, Azərbaycan vətəndaşlarının həyatına son qoyan təyyarə qəzasını hər iki tərəf böyük hüzünlə yaşayır. Ancaq ortaq tarixi, belə bir məsuliyyət zonası, o cümlədən regional inkişaf perspektivləri olan ölkələr arasında təpki yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – Zaxarova vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
ZAXAROVA AZƏRBAYCAN XALQININ BİR SUALINA CAVAB VERSİN: RUSİYA İMPERİYASI BU MƏMLƏKƏTƏ HANSI XOŞBƏXTLİKLƏRİ VƏ BƏDBƏXTLİKLƏRİ GƏTİRDİ ? SİZ AZƏRBAYCAN MİLLƏTİNƏ ÖZ MƏKRLİ FİKİRLƏRİNİ SIRIMAYIN!! DÜNYA ARTIQ O DÜNYA DEYİL!!!