Moskvadakı terrorda ölən uşaqların sayı 6-ya çatdıbackend

Moskvadakı terrorda ölən uşaqların sayı 6-ya çatdı

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olan uşaqların sayı 6-ya çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova məlumat verib.

Ombudsmanın sözlərinə görə, hazırda 6 uşaq ölüb, 7 nəfər yaralanıb. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, üç nəfərin vəziyyəti orta ağırdır. İki uşaq isə ambulator müalicədədir.

O, əlavə edib ki, həkimlər uşaqların durumu ilə bağlı müsbət proqnozlar verirlər.

Bundan öncə Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyi beş uşağın öldüyü, daha 15 nəfərin yaralandığı barədə məlumat yaymışdı.

Beləliklə, terror aktı nəticəsində ölənlərin ümumi sayı 145 nəfərə yüksəlib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*