MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil edibbackend

MSK: Gürcüstanda seçici fəallığı 56,11% təşkil etdi

İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

“Report”-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib. Onun sözlərinə görə, səsverməyə 1 970 540 seçici qatılıb.

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*