Mübariz Tağıyev koronavirusa yoluxdu – Son durumubackend

Mübariz Tağıyev koronavirusa yoluxdu - SON DURUMU

Xalq artisti Mübariz Tağıyev peyvənd vurdurduqdan sonra koronavirusa yoluxub. 

KONKRET.az xəbər verir ki, sənətçi bu barədə “Mtv” kanalına müsahibəsi zamanı danışıb.

Koronavirusa harada və necə yoluxduğunu bilməyən Xalq artisti evində müalicə aldığını bildirib.

“İki aydır züm-zümə belə edə bilmirəm. Səhnə üçün çox darıxırdım. Televiziyalar koronavirusa yoluxduğumu bilirdi. Ona görə də məni verilişlərə dəvət etmirdilər. Hazırda isə yeni mahnılarım var və onlar üzərində işləyirəm”, – deyə Xalq artisti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*