Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Bir daha KİV nümayəndələrinə müraciət edərək bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər!”
Mende bele gedse intihar edecem cunki cox incidirler meni konulu olaraq herbiye gedim fizuli isdiqametinde yaralandim qelpe yarasi almisam ve qubadlida baro trama almisam kantuziya almisam lakin yasamal rayonu icra başçisi meni qebul edmir mudafiye nazirliyi meni herdefe deyirki nezere alariq uje iki aydiki heçkim nezere almir men bezmişem herşeyden
Salam Taleh! Zəhmət olmasa, əlaqə nömrəni yaz!