Müəllimlərə vaksinin dördüncü dozası məcburi vurulur? – AÇIQLAMAbackend

Müəllimlərə vaksinin dördüncü dozası məcburi vurulur? - AÇIQLAMA

Bakının Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində çalışan işçilər vaksinin dördüncü dozasının vurulmasına məcbur edilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, buna səbəb Azərbaycanda “Omikron” ştammının yayılmasıdır.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 infeksiyası ilə bağlı peyvəndin dördüncü dozasının vurulması barədə təhsil müəssisələrinə göstəriş verilməyib:

“Peyvəndin vurulması könüllülük prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda “Omikron” ştammı qeydə alınmayıb.

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev 90 mindən artıq təhsil işçisinin 3-cü doza vaksin vurdurduğunu açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*