Müharibədə iştiraka görə təltif edilənlərə neçə günlük məzuniyyət veriləcək? – AÇIQLAMAbackend

Müharibədə iştiraka görə təltif edilənlərə neçə günlük məzuniyyət veriləcək? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinə görə dövlət tərəfindən təltif edilən işçilərin məzuniyyət hüququ təmin olunmalıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı izləyicilərdən gələn sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla bağlı Əmək Məcəlləsinin 120-ci maddəsində “İşçinin dövlət təltifi” bəndi qeyd olunub:

“Qeyd olunub ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı dövlət tərəfindən təltif olunan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*