Müharibənin nəticəsinin dörd mümkün ssenarisi: Ukrayna və Rusiyanı nə gözləyir? – ANALİZbackend

Müharibənin nəticəsinin dörd mümkün ssenarisi: Ukrayna və Rusiyanı nə gözləyir? - ANALİZ

Rusiyanın Ukraynaya təcavüzü Avropada son onilliyin ən ağır təhlükəsizlik böhranına səbəb olub. Brent Skoukroft adına Strategiya və Təhlükəsizlik Mərkəzinin ekspertləri Peter Engelke və Ceferi Cimmino baş verən prosesləri analiz ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər indi əksər analitiklərin diqqətinin mövcud vəziyyətə yönəldiyini deyirlər. Lakin hərbi əməliyyatların gedişatını və onların necə bitəcəyini proqnozlaşdırmağa çalışmaq da eyni dərəcədə vacibdir: “Hazırkı müharibənin bizə nələri gətirəcəyini başa düşməliyik. Çünki bu, mümkün nəticələrin uğurla aradan qaldırılması istiqamətində atılan mühüm addımdır. Bu münaqişənin necə bitəcəyinə dair dörd senari təqdim etmək olar. Birləşmiş Ştatlar, onun transatlantik müttəfiqləri və tərəfdaşları Rusiya ilə davamlı münaqişənin çətin dövrünü yaşayır.

NATO üzvlərinin yardımı ilə Ukrayna ordusu çətinliklərin öhdəsindən gəlməyi və Moskvanın irəliləməsinin qarşısını almağaı bacarır. Rusiya prezidenti Vladimir Putinin Kiyevin demokratik hökumətini devirməsinin və marionet rejiminin qurulmasının qarşısı hələ ki, alınır. Kremlə aydın olur ki, Rusiya öz avantürizminin bədəlini ödəyəcək. Eyni zamanda, Moskvanın məğlubiyyəti bütün Rusiyada artıq başlayan daxili narazılığı sürətləndirir. Putin öz gücünü artıq artan daxili təhdidlərə qarşı yönəltməyə məcbur olub.  NATO isə Rusiyanın cilovlanması və Ukraynanın Qərbə daha da yaxınlaşması üçün səylərini artırıb”.

“Müharibə qısa da olsa, hər iki tərəfdən minlərlə insanın həyatına son qoyub. Ukrayna bütün dağıntılara rəğmən demokratik ölkə statusunu qoruyub saxlasa da, siyasi mənzərəsini nəzərə alsaq Rusiyanın gələcəyi qeyri-müəyyəndir. Rusiyanın dünyaya münasibəti bu ölkənin Putinin dövründə daha da avtoritarlaşacağını deməyə əsas verir. Rusiya böyük iqtisadi xərclərlə üz-üzədir, lakin Putin öz hakimiyyətini daxildə möhkəmləndirir və parçalanmaları boğur. NATO isə özünü təkəbbürlü göstərən Moskva qarşısında daha da birləşib. Amma eyni zamanda Alyans Ukraynanı geri qaytarmaq üçün çox məhdud imkanlara malik olduğunu etiraf etməyə məcburdur. Böhrandan sonra İsveç və Finlandiya Moskvanın revanşist planlarının təhlükəsinə qarşı təhlükəsizliyini gücləndirmək üçün Alyansa qoşulur” – deyə ekspertlər bildirirlər.

NATO ilə Rusiya arasında müharibə;

“Avropa və dünya nizamının gələcəyi üçün ən təhlükəli senari Ukraynadakı müharibənin NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişəyə zəmin yaratmasıdır. Ssenari reallığa çevrilə bilər. Əgər NATO Ukrayna münaqişəsində öz iştirakını artırmaq qərarına gəlsə, bu baş verə bilər. Rusiya dinc əhalini bombalamağa davam edərsə, hər şey dəyişə bilər. Bundan sonra Kreml geri çəkilmək və ya müttəfiq hərbi qüvvələrlə birbaşa əlaqə qurmaq barədə düşünmək məcburiyyətində qalacaq. Əgər Moskva sonuncunu seçərsə, NATO ilə Rusiya arasında silahlı münaqişənin gərginləşməsi riski xeyli artacaq. Başqa bir qorxulu məsələ Putinin planlarının Ukraynanın yenidən bölüşdürülməsindən çox kənara çıxması ehtimalı ilə bağlıdır. Rusiya qüvvələri Ukraynada sürətlə irəliləyiş əldə etsə və ölkə üzərində effektiv nəzarəti ələ keçirsə, NATO-nun təzyiq altında geri çəkiləcəyinə əmin olan Putin diqqətini vaxtilə SSRİ-nin tərkibindəki ölkələrə yönəldə bilər. Bunlar Baltikyanı ölkələrdir. NATO isə Rusiyanın üzv dövlətin ərazisinə istənilən hərbi müdaxiləsi ilə mübarizə aparacağını açıqlayır. Rusiyanın təcavüzü və Ukraynanın şiddətli müqaviməti bütün Avropanı rəsmi Kiyevi geniş şəkildə dəstəkləməyə ruhlandırdı. Görünür, Rusiya və Putin həm Ukraynanın qətiyyətini, həm də Moskvaya qarşı qlobal narazılıq ehtimalını düzgün qiymətləndirməyiblər”.

“Başlanmış müharibənin necə bitəcəyini, hətta ən güclü hərbi strateq də proqnozlaşdıra bilməz. Çox vaxt müharibələr həm münaqişə tərəfləri, həm də ətrafdakılar tərəfindən gözlənilməz marşrutlar üzrə aparılır. Bu isə dünya nizamını dəyişdirən nəticələrə gətirib çıxarır. Deyəsən, Rusiyanın Ukraynaya təcavüzü də belə olacaq. Bunun nəticəsinin Ukraynanın özünə və bütün dünyaya nə gətirəcəyini isə zaman göstərəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*