Ankarada polis avtomobilin içində narkotik vasitədən istifadə edən iki nəfəri saxlamaq istəyib.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, cinayət əməlində şübhəli bilinən şəxslər təslim olmaq əvəzinə, maşını polisin üstünə sürüblər.
Qaçmağa çalışan şübhəlilər irəli-geri manevrlər edərək maşını bir mülki şəxsin və bir neçə avtomobilin üstünə sürüblər. Təqibin sonunda polis onları saxlaya bilib.
