Rusiyanın cəzaçəkmə müəssisəsində dünyasını dəyişən müxalifət lideri Aleksey Navalnının vida mərasimi yekunlaşır.
KONKRET.az xəbər verir ki, insanların kilsəyə buraxılmasına və izdihamın mərhum siyasətçi ilə vidalaşmaq üçün bir neçə kilometrliklik növbə yaratmasına əngəl törədilməyib. Mərasim dəfn iştirakçılarının “Aleksey”, “Bağışlamayacağıq” şüarları ilə müşayiət olunub.
Mərasimdə müxalifətçinin anası Lyudmila Navalnaya və qohumları iştirak edib. Anası və qohumları onun tabutu ətrafında əyləşib.
Onun dul xanımı Yuliya Navalnaya və övladları xaricdə yaşadıqlarından dəfn mərasiminə qatılmayıblar.
Xatirə SADİQ,
KONKRET.az
