Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.
KONKRET.az xəbər verir ki, hazırda binada soyutma işləri aparılır.
İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.//Report
***
Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb.
FHN-dən KONKRET.az-a bildirilib ki, şəhərin 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
***
16:19
Naxçıvanda güclü yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yanğının 3-cü mikrorayon adlanan ərazidə yerləşən yaşayış binalarından birində baş verdiyi bildirilir.
