Naxçıvanda dağ uçqunu oldu – FOTOLARbackend

Naxçıvanda dağ uçqunu oldu - FOTOLAR

Ordubad rayonunda yağan güclü yağış nəticəsində Pəzməri kəndinə gedən dağ yolunda uçqun olub. Dağlardan qopan daşlar və torpaq kütləsi yola tökülüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən KONKRET.az-a bildirilib ki, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Yolun açılması üçün əraziyə Agentliyin əməkdaşları və texnikası cəlb olunub.

Qısa müddətdə yol təmizlənib və hərəkət bərpa edilib.

  • Naxçıvanda dağ uçqunu olub - FOTOLAR
  • Naxçıvanda dağ uçqunu olub - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*