Naxçıvan şəhərində gecə saatlarında iki nəfər göldə boğularaq ölüb.
KONKRET.az xəbər verir ki, boğulan Astara rayonu Pensər kənd sakinləri Fəttah Zəkəriyəyev və Əli Mehrəliyevin fotoları yayılıb.
Xatırladaq ki, Fəttah Zəkəriyəyev 2005, Əli Mehrəliyev isə 2006 təvəllüddür. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır. (Azxeber.com)