Naxçıvanla bağlı daha bir yenilik: Pulların hara xərcləndiyi bilinəcəkbackend

Naxçıvanla bağlı daha bir yenilik: Pulların hara xərcləndiyi bilinəcək

Bu ayın əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət qurumlarının elan etdikləri tender müsabiqələri dövlət satınalmaları üçün vahid internet portalında – “etender.gov.az” saytında yerləşdirilməyə başlanılıb.

KONKRET.az xəbər verir ki, daha əvvəl “etender.gov.az” saytında Naxçıvanda keçirilən tender müsabiqələriylə bağlı heç bir məlumat yerləşdirilmirdi.

Məlumat üçün bildirək ki, ötən il dekabr ayının 21-də 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövürdə Muxtar Respublikada bir sıra qadağaların mövcud olması barədə dəfələrlə məlumatlar yayımlanıb.//Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*