Nazir idarə rəisini işdən çıxarmayıb – Nazirlikbackend

Nazir idarə rəisini işdən çıxarmayıb - Nazirlik

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüsal Nəsirlinin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə axar.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən deyilib.

“Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirlinin işdən azad edilməsi ilə bağlı mədəniyyət naziri Anar Kərimov tərəfindən əmr imzalanmayıb”, – nazirlik bildirib.

Qeyd edək ki, ötən gün Vüsal Nəsirlinin Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə məlumat yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*