“Nə Fransa, nə də başqası Rusiya kimi müttəfiq ola bilməz” – Ağacanyanbackend

"Nə Fransa, nə də başqası Rusiya kimi müttəfiq ola bilməz" - Ağacanyan

“Nə Fransa, nə də başqası Rusiyaya bərabər müttəfiq ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirlə keçmiş səfir Cunik Ağacanyan çıxış edib.

O, həmçinin əlavə edib:

“Bizimlə həmsərhəd olmadığı üçün coğrafi baxımdan bizə yaxın deyillər. Fransa ilə bağlı isə ictimaiyyətimizə xatırlatma edəcəm. 2022-ci ilin sentyabr döyüşlərindən sonra Fransa Senatı müvafiq bəyanat və qətnamə qəbul etdi. Ardından dərhal, hökumət və icra hakimiyyəti birmənalı açıqlama verdi ki, bu, Fransanın rəsmi mövqeyi deyil və onların maraqlarına xidmət etmir”, – deyə Ağacanyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*