“Nə oldu, Paşinyan?” arağı istehsal olundu – VİDEObackend

"Nə oldu, Paşinyan?" arağı istehsal olundu - VİDEO

Son hadisələrdən sonra Paşinyana qarşı çıxan ermənilərin sayı artıb. Ermənistana məxsus telegram kanalları, sosial şəbəkə səhifələri və xəbər saytlarında hər keçən gün bu nifrət daha da aydın hiss olunur.

KONKRET.az xəbər verir ki, onlar Paşinyanla bağlı cüzi bir hadisəyə dərhal əks-reaksiya verirlər. Paylaşdığımız video da həmin qəbildəndir. Rusiyada yaşayan həmyerlilərimizdən biri yeni il axşamı video çəkərək öz səhifəsində paylaşıb. Videoda Azərbaycan istehsalı olan arağın üzərində dillərə dastan olan “Nə oldu, Paşinyan?!” sözləri, Azərbaycan xəritəsi və ingilis dilində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Bu videonu görən ermənilər isə Paşinyanı erməni xalqını rəzil etməkdə ittiham ediblər:

“Paşinyan artıq Azərbaycanın şərab və vodka etiketlərinin “qəhrəmanına” çevrilib!”.

Görünən odur ki, Paşinyanın simasında işğalçı ermənilər hələ çox məyus olacaq!

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*