Nə üçün sadə ruslar Putinə görə cavab verməlidir? – ARAŞDIRMA + ÖZƏLbackend

Nə üçün sadə ruslar Putinə görə cavab verməlidir? - ARAŞDIRMA + ÖZƏL

Sanksiya təzyiqinin güclənməsi ilə bağlı müxtəlif ölkələrdən bir çox insan yazır: “Niyə adi ruslar Putinə və onun Ukraynada başlatdığı müharibəyə görə əziyyət çəkməlidirlər? Niyə biz normal işləyə bilmirik? Adi dolanışığımızı axtarmalı oluruq? Axı müharibəni biz başlatmamışıq?! Biz sülhpərvər insanlarıq və məsuliyyət daşımamalıyıq”.

Birincisi, Rusiya qanuni olaraq imperiya və təbəələri olan mütləq monarxiya deyil, seçkilərin müntəzəm keçirildiyi demokratik ölkədir.

Bu müharibə də, bütün ölkə tərəfindən seçilmiş qanuni prezident tərəfindən başladıldı. Əgər onun gördüyü işlərdən xoşunuz gəlmirsə, onu yıxın, onunla mübarizə aparın, hakimiyyətin qəsb edilməsinin qarşısını almaq üçün demokratik ölkələrdə mövcud olan tədbirlərdən istifadə edin. Demokratik ölkələrdə nəzarət və tarazlıq sistemi məhz bunun üçün lazımdır. Yox, əgər onun siyasəti sizi heyran edirsə, onda seçiminizi edin.

İkincisi, XXI əsrdə heç bir ölkənin başqa ölkəyə hücum etmək hüququ yoxdur.

Yuqoslaviya və İraqdakı müharibələrlə bağlı suallar Rusiyanın Ukraynaya təcavüzü üçün səbəb ola bilməz. Əgər Rusiyanın ABŞ-a qarşı bir problemi varsa, onda müraciət etsin BMT-yə, onun Təhlükəsizlik Şurasına və s. Əgər BMT eşitməsə, bundan sonra ABŞ-a, İngiltərəyə müharibə elan edin, Havaya və ya Alyaskaya bombardmançılar göndərin (Allah qorusun, əlbəttə ki, istəmirəm Üçüncü Dünya Müharibəsini). Lakin Nyu-Yorka görə siz Mariupol və Sumını bombalayırsınız. Axı Xarkov ABŞ-ın şərq sahilində deyil, Donetsk bölgəsindədir.

Əgər Rusiya Federasiyasının Ukraynaya hücumunun səbəbi “niyə onlar bacarır, amma biz bacarmırıq” və ya bu yaxınlarda eşidilən “biz Ukrayna ərazisində Ukrayna ilə deyil, ABŞ ilə müharibə edirik” kimi elan edilirsə, bu, artıq psixoloji problemdir. Baxırsan ki, bir qonşu digərini döyür, üçüncüsü isə dördüncünü- daha zəif olanı döyür. Çünki birinci qonşu çox qorxuludur, hətta istənilən vaxt sənin kəlləni də partlada bilər.

Üçüncüsü, vergilər.

Müasir dünyada heç bir iş pulsuz edilmir. Rusiya Federasiyasının əziz vətəndaşları, siz qazanırsınız! Bəli, bir hissəsi neft və qazdan gəlir, həmçinin: fərdi gəlir vergisi, aksiz vergisi, ƏDV, müxtəlif birbaşa və dolayı vergilər, ümumilikdə, trilyonlarla rubl verir. Məhz bu pul Rusiya Federasiyasının militarist iqtisadiyyatının əsasını təşkil edir. Bu pullar kalibrlərin, “iskəndər”lərin, təyyarələrin, bombaların, tankların və s. xərclərini ödəməyə gedir. Axı bu pullar ora getməməlidir. Çünki siz ona nəzarət etmirsiniz.

Dördüncüsü, Rusiya Federasiyasının büdcə xərclərinin şəffaflığıdır.

Maraqlandım, baxdım,  2019-cu ildə məxfi xərclər mütləq ifadədə 7,6% artaraq 3 trilyon rubla çatıb. İstənilən iqtisadiyyatda kifayət qədər idarə olunan qapalı xərclər var. Rusiya Federasiyasında bu qapalı vəsaitlər heç bir nəzarət olmadan xərclənib gedir. Amma bu, heç kimi narahat etmir. Çünki neft gəlirləri və dünya iqtisadiyyatına cəlb olunmaq kifayət edirdi ki, ölkənin hərbiləşdiyi hiss edilməsin.Ayrılıqda Rusiyanın korrupsioner məmurlarına demək istəyirəm ki, sağ olun, sizin qızıllarınız hesabına zenit raketləriniz, 2021-ci ilin SU-35-ləri bizim başımıza bombalar yağdırır. Biz isə qorunmaq üçün 1975-ci ilin silahı ilə cavab verməyə çalışırıq. Ən azı sağ qalmaq üçün!

Beşinci, vətəndaşların əhval-ruhiyyəsi.

Əgər müharibə ideyası öz vətəndaşları tərəfindən dəstəklənmirsə, dünyanın heç bir hökuməti başqa ölkəyə qarşı təcavüzə başlamaz. Təbii ki, televizora baş əymək lazım deyil, orada hər şey birtərəflidir. Ancaq bu, 2022-ci ildir, son 20 ildə istənilən məlumat mənbəyini tapmaq mümkün idi: iki dəfə yoxlayın, şübhə edin, oxuyun, soruşun. Kiyevdə işləyən və yaşayan biri kimi məni indi də çoxları inandırır ki, Ukraynada nasistlər var. Üstəlik, “hər şeyi televiziyada gördük” ifadələri də arqument kimi göstərilir.

Solovyov, Kiselyev, Skabeyeva və bir dəstə başqa danışan başlar iyrəncliyə səbəb olmadılar. Ancaq onlar cəhənnəm alovunun şölələnməsinə ekran açdılar, efir verdilər. Çox da kı “Mən televizora baxmıram” deyirik.

Bəli, ədalətsizliyə etirazlar yaxşıdır. Bir şərtlə: etirazlar nəticə əldə etməlidir. Əks təqdirdə bu boşboğazlıqdan o yana keçmir.

Sonda adını çəkdiyim və çəkmədiyim həmkarlara sözüm budur ki, qırılan insanları xilas etmək sizin öz işinizdir. Onsuz da, sizi yanan çəltik vaqonuna qoymayacaqlar. Baxmayaraq ki, başqa ölkələrdə etirazçılar bannerlər yelləyərkən belə vətənimə bombalar yağır.

Ona görə də, posterlərdən daha təsirli tədbirlərə keçməyin vaxtıdır…

Aleksandr Sudarkin, MIM Biznes Məktəbində MBA proqramının direktoru, danışıqlar üzrə ekspert, Ukrayna.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

  • yusif
    Mart 14, 2022 - 18:06

    baxmataraqka cümlə başlanamalıdır, o, ortada olmalıdır, qalan şeylət çox yaxşldlr..

  • Aslan
    Mart 14, 2022 - 21:08

    Çünki putkini sadə rus vətəndaşları seçib, çünki putkin sadə rusların “pıyızdetidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*