“Neftçi” səfərdə “Zirə”yə qalib gəldibackend

"Neftçi" səfərdə "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasının XXII turunda “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib.

KONKRET.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda “ağ-qaralar” 2:1 hesablı qələbəyə sevinib.

Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub. Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən Ervin Koffi “Neftçi”nin qələbəsində əsas pay sahibi olub.

“Qartallar” 39 xalla üçüncü sırada yer alıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” evdə “Sumqayıt”ı (1:0), “Sabah” isə “Turan Tovuz”u (2:1) məğlub edib. “Araz-Naxçıvan” – “Kəpəz” matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşması ilə yekun vurulacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*