Deputatlığa namizəd Nəsiman Yaqublu vəfat etdi – Yeniləndibackend

Deputatlığa namizəd Nəsiman Yaqublu vəfat etdi - Yeniləndi

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

***

Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Arif Hacılı məlumat yayıb.

N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*