Netanyahunu Hitlerə bənzətdibackend

Netanyahunu Hitlerə bənzətdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dünyanı nasist Almaniyasının lideri Adolf Hitlerlə etdiyi kimi, İsrailin baş naziri Binyamin Netanyahunu da dayandırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, beynəlxalq ictimaiyyət fələstinli mülki vətəndaşları İsrail dövlətinin hərəkətlərindən qorumaq üçün mexanizm hazırlamalıdır. O qeyd edib ki, 70 il əvvəl bəşəriyyətin birliyi Hitleri dayandırıb.

“İndi eyni ümumi səylərlə bu ittifaq Netanyahu və onun bandasını dayandırmalıdır”, – deyə Ərdoğan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*