Newsweek: “Putin heç vaxt müharibədə uduzmayıb. O, Ukraynada belə qalib gələcək”backend

Newsweek: "Putin heç vaxt müharibədə uduzmayıb. O, Ukraynada belə qalib gələcək"

“Putin heç vaxt müharibədə uduzmayıb. O, Ukraynada belə qalib gələcək”.

KONKRET.az xəbər verir ki, belə bir məqaləni Newsweek nəşri dərc edib.

Analitiklərin fikrincə, Kiyevin süqutundan sonra siyasi nizamlanma başlayacaq, daha sonra isə Moskvaya dost hökumət yaradılacaq.  Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsa, Moskva Qərbə “alçaldıcı zərbə” vurmaqla öz qoşunlarını çıxaracaq və münaqişəyə son qoyacaq.

Ukrayna heç vaxt NATO üzvü olmayacaq və bu hadisələr bütün postsovet ölkələrinə Qərblə sıx təmasda olduqları təqdirdə onları hansı nəticələrlə gözləyəcəkləri barədə xəbərdarlıq olacaq.

Rusiya hərbi güc nümayiş etdirir və böyük dövlət statusunu təsdiqləyir. Sanksiyaların Rusiyaya böyük təsir edib-etməyəcəyi isə hələ ki, məlum deyil.Putin hesab edir ki, o, ölkəni “sanksiyalardan qorunmuş” edib.

Hadisələr analitiklərin proqnozlarına uyğun inkişaf edərsə, münaqişə tezliklə danışıqlarla yekunlaşacaq və bu da Ukraynanın ərazilərin bir hissəsinin verilməsinə səbəb ola bilər. Putin üçün bu, çox güman ki, onun “imperatorluğu” bərpa etmək istəyinin son nöqtəsi olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • afaq
    Fevral 27, 2022 - 04:03

    xeyir…o döyüşçü deyil, xəfiyyədir, o üzdən hər 1 halda bu savaşı uduzacaq sonuclara görə inşallah..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*