Neymar heyətə daxil edilmədi – transfer danışıqları aparırbackend

Neymar heyətə daxil edilmədi – transfer danışıqları aparır

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 1-ci turun “Nim”lə matç üçün heyətə daxil edilməyib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun idman diroktoru Leonardo məlumat verib. O, braziliyalı hücumçunun başqa klubla transfer danışıqları apardığını bildirib:

“Neymar transfer danışıqlarına görə “Nim”lə matçda oynamayacaq. Ciddi danışıqlar gedir, ancaq hələlik razılıq əldə olunmayıb. Nələr olacağını görəcəyik”.

Bir cavab yazın