Nicat Xanoğlan oğlu bıçaqlandıbackend

Nicat Xanoğlan oğlu bıçaqlandı 

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 20-ci sahə adlanan ərazidə 1995-ci il təvəllüdlü İsmayılov Nicat Xanoğlan oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*