Nikol Paşinyan əsla istefa verməyəcək – ŞOK SƏBƏBLƏRbackend

Nikol Paşinyan əsla istefa verməyəcək - ŞOK SƏBƏBLƏR

“Ermənistanın Baş naziri Nikol Paşinyan sonadək mübarizə aparacaq, qənaətimə görə, istefa verməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu öz “Facebook” hsabında yazıb.

Elçin Alıoğlu bildirib ki Paşinyanın istefa verməmək üşün önəmli səbəbləri var:

“Ermənistan Baş naziri Nikol Paşinyanın sarsaq, ağılsız olduğunu düşünməməliyik. Əlbəttə, Paşinyanın diplomatiyadan, böyük siyasətdən xəbəri yoxdur, elementar etika və etiket qaydalarını bilmir, cahildir və avantüristdir. Üstəlik, aqressiv və kinli adamdır, cılızdır, yaramazdır.

Amma Nikol Paşinyan sonadək mübarizə aparacaq, qənaətimə görə, istefa verməyəcək. Bu, onun cəsarəti və ya qətiyyəti ilə bağlı deyil. Nikol Paşinyan Ermənistan və Ermənistandan xaricdəki çox güclü, təmərküzləşmiş və şəbəkələşmiş qüvvələrin marionetkasıdır. Maliyyə, siyasi və təşkilatı resursları çox olan bu qüvvələrə ağıllı, ciddi, hadisələrə təsir imkanlarına malik ermənilər rəhbərlik edirlər. Həmin insanlar nə istədiklərini əla bilirlər və məqsədlərinə çatmaq üçün heç nədən çəkinmirlər. O insanların indi bir məqsədi var: Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması. Çünki daha da varlanmaq, daha çox milyardlar qazanmaq istəyirlər.

Nikol Paşinyan, Robert Köçəryan, Serj Sarkisyan kimi marionetlər bəhs etdiyim adamlar üçün sadəcə, səviyyəsizlərdir. Qarabağ, “Miasum” məsələsi bu adamlar üçün illər boyu ballast, qulpu qırılmış çamadan olub: nə atmaq olmur – heyifdir, nə də daşımaq olmur – qulpu yoxdur. İndi o çamadandan qurtulma zamanıdır. Ermənistanın gerçək sahibləri də onlardır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*