“Nikosayağı” instaqram hesabını bu şəxsə satıb? – FOTObackend

"Nikosayağı" instaqram hesabını bu şəxsə satıb? - FOTO

Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.

KONKRET.az xəbər verir ki, bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, yayımladığı bütün videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.

Bu gün həmin hesabın profil şəklində başqa bir şəxsin fotosu əks olunub. Məhz bu baxımdan Nicat Şakirlinin hesabını başqasına satdığı təxmin edilir. Ancaq səhifənin adı olduğu kimi qalıb.

Qeyd edək ki, N.Şakirli ötən ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.//Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*