Oğlan qatarda qıza təcavüz etdiyinə görə 6 il həbs cəzasına məhkum edilib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “The Independent” nəşri yayıb.
2018-ci ilin dekabr ayında Timoti Devis və həyat yoldaşı qatarla doğma şəhərləri olan İngiltərənin Ramsgate şəhərinə gedirlər. Gecə, səyahət zamanı sərnişinlərdən biri – qız özünü piss hiss edir. Devis qızı tualetə aparır, qapını kilidləyir və ona təcavüz edir. Həyat yoldaşı qatarın lazım olan stansiyaya yaxınlaşdığını xəbərdar etmək üçün qapını üç dəfə döyür. Cavab olaraq qızın köməyə ehtiyacı olduğunu söyləyir.
Devis və arvadı daha sonra Ramsgate stansiyasında düşürlər. Adının açıqlanmasını istəməyən zərərçəkən evə qayıdır və baş verənləri ailəsinə danışır. Səlahiyyətlilər, qatarda quraşdırılmış videokameraları araşdırır və təcavüzkarı saxlayır. İngiltərə Nəqliyyat Polisinin dindirilməsində Devis cinsi əlaqənin qarşılıqlı istəklə baş verdiyini iddia edir.
Fevralın 7-də Devis altı il müddətinə azadlıqdan məhrum edilir.
Babək Göyüş
KONKRET.az
