Ölkədə vaksinasiya ilə bağlı son vəziyyətbackend

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 852 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 609 478 nəfər təşkil edir.

Ümumilikdə isə 1 113 671 buster doza vurulub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*