“Ölkələrində olan narazılıqların əlac yolunu tapsınlar” – İran XİNbackend

"Ölkələrində olan narazılıqların əlac yolunu tapsınlar" - İran XİN

“Yaxşı olar ki, Avropa ölkələri ilk növbədə öz daxili çatışmazlıqları və problemlərini həll etsinlər, ölkələrində olan narazılıqların əlac yolunu tapsınlar”.

KONKRET.AZ-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi Avropa rəsmilərinin İrandakı iğtişaşlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Avropa rəsmiləri İranın daxili məsələlərinə müdaxilə etmək və ölkədə özəl və dövlət əmlakına ziyan vurub dağıdan quldurları müdafiə etmək əvəzinə, Hərtərəfli Birgə Fəaliyyət Planına dair verdikləri vədlərə əməl etsələr yaxşı olar. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*