Ölkəyə hücum olarsa, almanlar vuruşmayacaq – Sorğu nəticələribackend

Ölkəyə hücum olarsa, almanlar vuruşmayacaq – Sorğu nəticələri

Almaniyada keçirilən sorğuda respondentlərin 59 faizi “Hücum ediləcəyi təqdirdə Almaniyanı silahla müdafiə etməyə hazırsınızmı?” sualına verilən cavablar ölkəni sözün əsl mənasında şoka salıb.

KONKRET.az xəbər verir ki, “Forsa” araşdırma şirkətinin keçirdiyi sorğuda respodentlərin 38 faizi bu suala “mütləq hazıram” cavabını verib. Yaşı 18-29 arasında olan iştirakçıların 51 faizi ölkəni müdafiə etmək üçün əlinə silah götürməyə hazır olmadığını bildirib. 30-44 yaş arasında bu nisbət yüzdə 60, yüzdə 54 olub. 45 yaşdan 59 yaşa qədər olanlar isə suala ümumiyyətlə mənfi cavab veriblər.

Yaşıllar Partiyası tərəfdarlarının 61 faizi, Sosial Demokrat Partiyasının tərəfdarlarının 59 faizi, Almaniya üçün Alternativ Partiyasının tərəfdarlarının 55 faizi, Xristian Birlik partiyalarının 50 faizi və Azad Demokrat Partiyası tərəfdarlarının isə 47 faizi ölkəni müdafiə etmək üçün əllərinə silah götürməyə hazır olmadıqlarını bildiriblər.

“YouGov” şirkətinin Almaniyanın DPA Xəbər Agentliyi üçün apardığı sorğuya görə, almanların 72 faizi Ukraynaya əsgər göndərilməsinə qarşıdır və bu məsələdə Almaniya kansleri Olaf Şolçu dəstəkləyir.

Sorğuda iştirak edənlərin yalnız 2 faizi Almaniyanın Ukraynaya qoşun göndərməsinin tərəfdarı olub.

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, ölkənin müdafiə xərclərini artırmalı, silahlı qüvvələr modernləşdirilməli və yeni təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək qabiliyyətinə malik olmalıdır. Bunun üçün isə alman ordusuna təkcə silah deyil, həm də şəxsi heyət lazımdır.

2011-ci ildə məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada 181 min əsgər var. Almaniya hökuməti 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmağı hədəfləyir. Ölkədə əhalinin qocalması və ixtisaslı işçi qüvvəsinin olmaması səbəbindən hərbi xidmət keçəcək kadr tapmaqda çətinlik yaşanır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*