Ombudsman və müavini istefa verdibackend

Ombudsman və müavini istefa verdi

Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze istefa verib.

KONKRET.AZ-ın “Report”a istinadla verdiyi məlumata görə, biznes ombudsmanla yanaşı onun müavini Levan Kalandadze də vəzifəsini tərk edib.

İ.Lekvinadze və müavini noyabrın 8-də işdən çıxmaqla bağlı ərizə yazıblar.

Qeyd edək ki, İ.Lekvinadze 2018-ci ilin yanvarından Gürcüstanın biznes ombudsmanı vəzifəsini tuturdu. Qonşu ölkədə biznes ombudsmanı baş nazir təyin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*